Baş səhifə / Dünya / Ərdoğandan Qaşıqçının qətli ilə bağlı önəmli açıqlama

Ərdoğandan Qaşıqçının qətli ilə bağlı önəmli açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının qətlinə göstərişin kim tərəfindən verildiyini açıqlayıb.

Oxu.az The Washington Post nəşrinə istinadən xəbər verir ki, Ərdoğan göstərişin Səudiyyə Ərəbistanı hökumətinin üst qatından gəldiyini deyib.

O qeyd edib ki, bu işdə təkcə Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələrinin zabitləri iştirak etməyib.

Ərdoğan həmçinin Qaşıqçının meyitinin hələ də tapılmadığını bildirib.

Türkiyə prezidenti Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl Səudun jurnalistin qətli ilə əlaqəsinin olmadığını da vurğulayıb.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …