Baş səhifə / Dünya / Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi -FOTOLAR

Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi -FOTOLAR

Belarus prezidenti Aleksandr Lukaşenko görüşlərin birində qazaxıstanlı həmkarı Nursultan Nazarbayevin onun ayaqqabısı ilə maraqlandığını bildirib. Bu barədə BELTA agentliyinin məlumatında deyilir.

O, dövlət başçıları ilə görüşləri xatırladaraq, onların adətən İtaliya və digər ölkələrin istehsalı olan ayaqqabılara üstünlük verdiyini vurğulayıb.

“Belə görüşlərin birində Nazarbayev ayaqqabıları haradan aldığımı soruşdu. Mən isə dedim ki, yerli istehsaldır. Lakin Nazarbayev inanmadı və dedi ki, ola bilməz. Məcbur olub ayaqqabımı çıxarıb ona istehsalçının brendini göstərdim”, – deyən Lukaşenko yerli mallara üstünlük verdiyini xüsusi vurğulayıb.

(Oxu.az)

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …