Baş səhifə / Cəmiyyət / Xankəndində Rusiyanın Qarabağı işğal etməsini təsdiqləyən tikinti aşkarlandı-Fotolar

Xankəndində Rusiyanın Qarabağı işğal etməsini təsdiqləyən tikinti aşkarlandı-Fotolar

28-ci ildir ki, həmsədr ölkələrin dəstəyi ilə erməni işğalı altında saxlanılan Xankəndi şəhərimizdə XIX əsrdə çar Rusiyasının Qarabağı zəbt edərək sonradan ermənilərin oraya köçünü həyata keçirməsini bir daha sübuta yetirən tikinti aşkarlanıb.

Moderator24.com xəbər verir ki, bu, separatçı nəşrlər məlumatından bəlli olur. Xankəndində bu yaxınlarda istifadyə verilmiş yeni erməni kilsəsinin həyətində qazıntı işləri apararkən inşaatçılar köhnə tikilinin daş döşəmələrini aşkarlayıblar. Qondarma rejimin “Tarixi abidələrin qorunmasına” cavabdeh olan saxta qurumunun rəhbəri hesab edilən Armine Ayrapetyan ad-soyadlı məxluqun açıqlamasına görə, həmin tikinti qalıqları XIX əsrin 80-ci illərində Rusiya ordusunun kazak dəstələrinin yerləşdiyi kazarma binasına aiddir. Bu binada sonradan – sovet dövründə də hərbi hissə yerləşib. Lakin 1992-ci ildə hərbi əməliyyatlar zamanı aviabombardımanlar nəticəsində bina tamamilə dağıdılıb. Hazırda rejimin ekspert komissiyası bu xarabalığa abidə statusu verilməsi üzərində işləyir. Bundan sonra rus hərbçiləriinin keçmiş kazarması qismən bərpa edilərək tarixi abidə kimi saxlanılacaq.

Erməni mütəxəssislər etiraf edir ki, bu onlar üçün sürpriz olub, çünki indiyədək Xankəndində heç bir qədim abidəyə rast gəlməyiblər…

P.S. Əlbəttə, separatçı ermənilərin Xankəndinin köklü sakini olduqlarını sübut edəcək heç bir abidə yoxdur. Və onlar üçün Rusiya hərbi hissəsinin kazarmasının xarabalığı da əzizdir. Çünki onlar Xankəndi və ümumiyyətlə, Dağlıq Qarabağ adlanmış ərazilərə məhz Azərbaycanı işğal etmiş Rusiyanın dəstəyi ilə köçüb gəlib yerləniblər. Və Qarabağ xan və bəylərinin bağ, istirahət yurdu olmuş Xankəndini də çar və sovet dövründə ermənilərin ixtiyarına Moskva verib… Bəlkə də Xocalı faciəsini törətmiş keçmiş 366-cı sovet alayının hərbi birləşmələrinə əmrlər bu kazarmadan da verilib…

Sultan Laçın

Buna da bax...

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini …