Baş səhifə / Cəmiyyət / “Atributları qəbul edəndə Tahir Kərimli də Ali Sovetin deputatı olub”

“Atributları qəbul edəndə Tahir Kərimli də Ali Sovetin deputatı olub”

1992-ci ildə Azərbaycan parlamentinin (o vaxtkı Ali Sovet) sədri olmuş, Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, tibb elmləri doktoru, professor Yaqub Məmmədov Moderator.az-a açıqlamasında dünən millət vəkili Tahir Kərimlinin himnimizlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Y.Məmmədov açıqlamasında bildirib ki, həmin vaxtı dövlət atributlarının qəbulu zamanı buna səs verənlərdən biri də T.Kərimli olub:

“Himnimiz, bayraq və gerbimiz haqqında qanunlar parlamentdə qəbul olunub. Tahir Kərimli də həmin vaxtı parlamentdə otururdu. Bizim vaxtımızda belə mübahisələr olmayıb. Bütün atributları o vaxt bərpa etdik. T.Kərimli də ali sovetin deputatı olaraq iclasda iştirak edib və özü də buna səs verib”.

Qeyd edək ki, Milli Məclisin dünən keçirilən iclasında deputat Tahir Kərimli dövlət himnimizin həcminin azaldılmasını təklif edib.

Vasif Əlihüseyn

Buna da bax...

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini …