Baş səhifə / Dünya / Qərbin aparıcı şirkətlərinin “Səudiyyə boykotu” davam edir

Qərbin aparıcı şirkətlərinin “Səudiyyə boykotu” davam edir

“Qaşıqçı cinayəti”nin Səudiyyə Ərəbistanının hakim ailəsi ilə Qərbin mədəni iş dünyası arasında uçurum yaratdığı hər gün yeni gəlişmələrlə ortaya çıxır.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, innovativ layihələri ilə ad çıxarmış “Tesla” şirkətinin sahibi İlon Mask firmasının birjadan çəkilməsi ilə bağlı müzakirələrlə bağlı olaraq Səudiyyə Ərəbistanından sərmayə almayacağını bildirib.

İlon Mask bu addımını jurnalist Camal Qaşıqçının İstanbulda vəhşiliklə qətlə yetirilməsi ilə əlaqədar atdığını gizlətmir.

Amerikalı gənc milyarder “Tesla”nı birjadan geri çəkmək haqqında qərar verdikdən sonra səudiyyəlilərin onunla təmas qurduğunu söyləyərək bu ilin avqust ayının sonlarında Səudiyyə Ərəbistanının Varlıq fondu tərəfindənTeslaya 5%lik hissəsi üçün 3,2milyard dollar təklif etdiyini xəbər edib.

“Virgin” qrupunun təsisçisi milyarder Riçard Branson da Qaşıqçının qətlindən sonra Səudiyyə Ərəbistanı hökuməti ilə iki turizm və kosmos layihələrinə investisiya qoyulması ilə bağlı görüşmələrin dayandırıldığını açıqlayıb.

Eyni şəkldə “Microsoft”un qurucusu Bill Qeyts və xanımı Melinda tərəfindən idarə olunan “Qeyts fondu” da Səudiyyə Ərəbistanıın vəliəhd şahzadəsi Məhəmməb bin Salman ilə gələcəkdə həyata keçirilməsi planlanan bütün layihələrdən imtina edib.

Buna da bax...

Monronun “Qızıl qlobus”u rekord məbləğə satıldı

Merilin Monronun 1962-ci ildə tamaşaçıların ən sevimli aktrisası kimi aldığı “Qızıl qlobus” mükafatı Los-Ancelesdə rekord …