Baş səhifə / Flaş / “Real” La Liqada “qara zolaq”dan çıxdı – VİDEO

“Real” La Liqada “qara zolaq”dan çıxdı – VİDEO

Madrid “Real”ı İspaniya çempionatının 11-ci turunda “Valyadolid” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Bununla da paytaxt klubu La Liqadakı 6 oyunluq qalibiyyətsizlik seriyasına son qoyub.

Qeyd edək ki, “Real”ın sabiq baş məşqçisi Xulen Lopeteqi oktyabrın 29-da istefaya göndərilib.

Bundan sonra Kral klubu İspaniya kubokunun 1/16 final mərhələsində “Melilya”nı darmadağın edib – 4:0.

Hazırda madridlilərə müvəqqəti olaraq Santyaqo Solari rəhbərlik edir.

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …