Baş səhifə / Dünya / CNN Trampın oğlunun iradlarını cavablandırdı

CNN Trampın oğlunun iradlarını cavablandırdı

Amerikanın CNN telekanalı ABŞ-ın dövlət başçısı kiçik Donald Trampın iradlarına cavab verib.

O, telekanalı atasının yeni reklam kampaniyası haqqında bəhs edən video çarxı yayımlamaqda imtinada və yalnız yalan məlumatlar ötürməkdə günahlandırmışdı.

“CNN redaksiyasının bəyanatında sözügedən çarxın irqçi xarakter daşıdığı sübuta yetirilib. Onun yayımına görə bizə pul təklif olunsa da, biz imtina etdik. Bu, bir faktdır”, – telekanalın PR-meneceri bildirib.

Qeyd edək ki, Donald Tramp Luis Brakamontes haqqında bəhs edən video yayıb. Bu şəxsi ölkəyə qeyri-qanuni daxil olduğu üçün deportasiya ediblər. Lakin bir müddət sonra o, yenidən Amerikaya gəlib. Çarxda iddia olunur ki, Brakamontesə demokratlar yardım ediblər və hadisə Corc Buşun dövründə baş verib.(oxu.az)

Buna da bax...

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini …