Baş səhifə / Cəmiyyət / Keçmiş korpus komandiri Zakir Həsənovun 5 illik nazir dönəminə işıq saldı…

Keçmiş korpus komandiri Zakir Həsənovun 5 illik nazir dönəminə işıq saldı…

“Təmas xəttində olan bölmələrimizin döyüş fəaliyyəti nəticəsində orda olan dinc sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə 2016-cı ilin aprel ayında strateji cəhətdən əhəmiyyət kəsb edən Lələ təpə və Talış istiqamətində olan ərazilərimiz işğaldan azad edildi”

Bunu Moderator.az-a açıqlamasında tanınmış hərbi ekspert, polkovnik Şair Ramaldanov müdafiə naziri general-polkovnik Zakir Həsənovun fəaliyyətinin beş ilinin tamam olmasına münasibət bildirərkən deyib. Ş.Ramaldanov bildirib ki, bu illər ərzində ordumuz bir çox uğurlara imza atıb:

“Beş il ərzində Azərbaycan ordusu ciddi inkişaf yolu keçib. Bilirsiniz ki, Azərbaycan Müdafiə Nazirliyi sistemində çoxlu təkmilləşdirmə işləri aparılıb. Müasir tələblərə cavab verən idarə sistemi qurulub. Azərbaycan ordusunda peşəkarlıq istiqamətində böyük irəliləyişlər əldə olunub. Artıq müqavilə əsasında orduda xidmət edən hərbçilərin sayı günbəgün artır. Burda da çox ciddi seçim aparılır. Azərbaycan Silahlı Qüvvələri artıq 130 dövlət içərisində ölkə başçısının dediyi kimi əllincilər sırasındadır. Bundan başqa bu dövr ərzində bizim irimiqyaslı təlimlərimiz keçirilib. Demək olar ki, Qafqaz regionunda bu cür geniş miqyaslı təlimlər keçirən ikinci bir dövlət yoxdur. Bizim təmas xəttində olan bölmələrimizin döyüş fəaliyyəti nəticəsində orda olan dinc sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə 2016-cı ilin aprel ayında strateji cəhətdən əhəmiyyət kəsb edən Lələ təpə və Talış istiqamətində olan ərazilərimiz işğaldan azad edildi.

Azərbaycan Silahlı Qüvvələri yüz illiklə bağlı böyük bir parad keçirdi. Silahlı Qüvvələrimizin mütəxəsissləri çoxsaylı beynəlxalq yarışlarda iştirak etdi. Qardaş Türkiyədə bu il təşkil olunan xüsusi təyinatlıların yarışlarında bizim hərbçilərimiz iyirmi səkkiz ölkə arasında birinci yerə layiq görüldülər. Bizim şahinlərimiz Türkiyə şahinləri ilə birlikdə mütəmadi olaraq təlimlər keçirirlər. Əsgərlərimizin sosial məişət problemləri də öz həllini tapıb. İndi ən ucqar bir postda olan əsgərələrimiz tam təmin olunmuş şəkildə xidmət edirlər. Bu vaxt ərzində çoxsaylı hərbi şəhərciklər yenidən qurularaq təmir olunub. Bu da silahlı qüvvələrimizdə xidmət edən hərbçilərimizin yaşayış səviyyəsini yaxşılaşdırır. Müdafiə Nazirliyi tərəfindən hər dəfə “açıq qapı”lar təşkil olunur və valideynlər uşaqlarının hansı şəraitdə xidmət etməsini öz gözləri ilə görmüş olurlar. Bu da əlbəttə psioxolji vəziyyətə müsbət təsirini göstərməkdədir. Tibbi təminat da Azərbayca Müdafiə Nazirliyi sistemində inkişaf edib. Yeni tibbi məntəqələr, hospitallar açılıb və silahlı qüvvələrin sağlamlığının keşiyində duran heyət yüksək peşəkarlığı ilə seçilir. Onların çoxu Türkiyədə təcrübə keçmiş həkimlərdir.

Ali Baş Komandanın göstərişi və qayğısı əsasında Müdafiə Nazirliyində böyük işlər aparılıb və zabitlərimizin ailələri evlə təmin olunub. Müdafiə Nazirliyinin rəhbərliyini daim ön xətdə şəxsi heyətin yanında görürük. Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənov cəbhə xəttində əsgərlərlə görüşür, onlarla birlikdə yemək yeyir, qayğıları ilə maraqlanır. Yəni müdafiə naziri ilə əsgər arasında bir səmimiyyət yaranıb və bu da əsgərlərin əhval-ruhiyyəsinə müsbət təsir edir. Bütün istiqamətlərdə ordumuz inkişaf edib. Son beş il ərzində erməni ordusunda çoxlu dəyişiklər aparıldı və orduda xidmət edən rəhbər heyət Azərbaycanın bu günki imkanlarının nəyə qadir olduğunu artıq anlamağa başlayıblar və bundan narahatdırlar. Bu illər ərzində düşmən təxribatı öncədən müəyyən edilib və qabaqlayıcı tədbirlər həyata keçirilib”.

Vasif Əlihüseyn

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …