Baş səhifə / Cəmiyyət / Əbru Gündəş Bakıda: Aygünlə duet… – Videolar

Əbru Gündəş Bakıda: Aygünlə duet… – Videolar

Türkiyənin tanınmış sənətçisi Əbru Gündəş uzun müddətdən sonra yenidən Bakıda konsert verib.

Publika.az xəbər verir ki, müğənni bu gün Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib. Uzun illər sonra Bakıya gələn sənətçini azərbaycanlı pərəstişkarları böyük coşqu ilə qarşılayıb. Əbru Gündəş isə azərbaycan dilində “Sizi salamlayıram” deyərək onu dinləməyə gələn tamaşaçılarına xoş gəldin deyib.

Bakı üçün darıxdığını deyən Əbru Gündəş konsertdə bir neçə Azərbaycan mahnısını ifa edib. Konsertin yadda qalan məqamlarından biri gecənin səbəbkarı ilə illər öncə “Popstar” yarışmasında çıxış edən Aygün Mahmudovanın dueti olub. Onların çıxışı tamaşaçılara unudulmaz musiqi dəqiqələri yaşadıb.

Qeyd edək ki, Əbru Gündəş “Popstar” yarışmasının münsifi olub.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …