Baş səhifə / Cəmiyyət / Dünyada istifadə olunan süfrə duzunun 90 %-nin tərkibində mikroplastik var-Araşdırma

Dünyada istifadə olunan süfrə duzunun 90 %-nin tərkibində mikroplastik var-Araşdırma

Alimlər dünyada istifadə olunan süfrə duzlarının 90 %-nin tərkibində mikroplastik olduğunu aşkarlayıblar.

Altı qitədən 16 müxtəlif ölkədə istehsal olunan 39 fərqli dəniz, qaya və göl duzunu araşdıran alimlər, bu markalardan 36-sında mikroplastik hissəciklərinə rast gəliblər.

National Geoographic-in xəbərinə görə, dəniz duzunun tərkibində mikroplastik olduğu illərdir bilinirdi.

Dəniz duzunun tərkibində mikroplastikin nə qədər olması isə bu vaxta kimi tam aydın deyildi.

Ətraf mühiti mühafizə təşkilatı Greenpeace-in Şərqi Asiya bölməsi ilə Cənubi Koreya araşdırmaçıları süfrə duzunun tərkibindəki mikroplastikləri və bunların plastik çirkliliyin geniş yayıldığı fərqli ərazilərlə əlaqələrini araşdırıb.

Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyada 21 ölkədən duz nümunələri götürüblər.

Araşdırma nəticələri mikroplastik miqdarının süfrə duzu markaları arasında böyük müxtəliflik göstərdiyini aşkarlayıb.

Ən çox mikroplastik hissəcikləri olan duzun satıldığı ölkə isə İndoneziya olub.


“Başqa ölkələrdəki duzlar daha etibarlı olmaya bilər”

2015-ci ildə aparılan başqa bir araşdırmada da İndoneziya dünyada plastik çirklənmənin ən yüksək olduğu ikinci ölkə olduğu göstərilmişdi.

Buna baxmayaraq alimlər hesab edir ki, riskli bölgələrdən kənardakı ərazilərdəki süfrə duzları da təmiz deyil:

ABŞ-dakı New York Dövlət Universitetindən professor Sherri Mason deyib ki, “Bu araşdırma mikroplastiklərin nə qədər geniş yayıldığını göstərir. Duzu İngiltərədə satın almağınız heç də təhlükəsiz deyil.

Sözügedən araşdırmanı aparanlardan biri də York Universitetinin professoru Alistair Boxall olub.

“Araşdırmalarımız göstərir ki, mikoplastiklərin ciddi yan təsirlərinin olması haqqında əlimizdə az sübut var” deyən Boxall, mikroplastik araşdırmalarına çox vaxt ayırmağın daha asan aşkarlanan böyük ətraf mühit çirklənməsinə səbəb olan problemləri arxa plana atacağından narahatlığını bildirib.

Avtomobil təkərlərindən yayılan kiçik hissəciklər bunlardandır.

İstinad

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …