Baş səhifə / Cəmiyyət / “Rus NATO”-sundan Ermənistana şok sürpriz

“Rus NATO”-sundan Ermənistana şok sürpriz

Bakıda hərbi təhsil almış Belorus generalı KTMT-nin baş katibi postuna gətirilir; İrəvanın Yuri Xaçaturovun yerinə başqa erməni hərbçini təyin etmək istəyi baş tutmayacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna Belorus Respublikasının dövlət təhlükəsizlik katibi Stanislav Zasın namizədliyi müzakirə olunur.

Musavat.com xəbər verir ki, bununa bağlı erməni mediası Rusiya KİV-inə istinadən məlumat yayıb.

Bildirilir ki, bununla bağlı son qərar alyansın liderlərinin 8 noyabr zirvəsində qəbul olunacaq. Məlumatda deyilir ki, Ermənistanın bu posta iddia etməsi mübahisəli vəziyyət yaradıb.

Xatırladaq ki, erməni general Yuri Xaçaturova 1 mart 2008-ciil hadisələrinə görə ittiham elan olunmasından və onun geri çağırılmasından sonra baş katib postu boş qalıb. Ermənistan nümayəndəsi 2020-ci ilədək seçildiyi halda, yalnız il yarım baş katib vəzifəsini tuta bilib. Odur ki, İrəvan KTMT-nin növbəti sammitində Xaçaturovun başqa bir erməni hərbçi ilə əvəzlənəcəyinə ümid bəsləyir.

8 noyabrda KTMT ölkələri (Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan) qurumun təhlükəsizlik şurasının sessiyasında iştirak edəcəklər. Bu iclasda qurumun baş katibi ilə bağlı qeyri-müəyyənliyə nöqtə qoyulacağı gözlənilir.

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyan deyib ki, baş katib məsələsi Qazaxıstanda “mütləq müzakirə olunacaq”. Diplomatik qaynaqlara istinad edən Rusiya mediasının yazdığına görə, çox güman ki, KTMT-nin yeni baş katibi Belorus nümayəndəsi olacaq. Y.Xaçaturov geri çağırıldıqdan sonra, yəni 2 noyabrdan etibarən baş katib səlahiyyətlərini Rusiya nümayəndəsi Yuri Semernikov icra edir.

Ancaq gözləntilərə görə, baş katibin təyinatı rotasiya prinsipi əsasında həllini tapacaq. Ermənistandan sonra isə qurumda əlifba sırası ilə növbəti ölkə olan Belorusdur.

Son günlər Ermənistan mətbuatı Belorusun İrəvana güzəştə gedib-getməyəcəyi barədə yazılar dərc etməkdədir. Ancaq Belorusun Azərbaycanla çox isti münasibətləri işğalçı ölkədə bədbin ehtimallara rəvac verib.

Stanislav Zas

Belorusun KTMT-dəki namizədinə gəldikdə, onu da Azərbaycanla bağlayan fakt var. 54 yaşlı general-mayor Stanislav Zas 4 noyabr 2015-ci ildən Belorus təhlükəsizlik şurasına rəhbərlik edir və öz fəaliyyəti ilə KTMT-də yaxşı tanınır. O həm də qurumun təhlükəsizlik şurasının komitə sədridir.

S.Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Həmçinin 1996-cı ildə Belorus Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Baş Qərargahının hərbi akademiyasında təhsil alıb. Silahlı qüvvələrdə müxtəlif vəzifələrdə xidmət keçən Zas 2008-ci ilin avqustunda Belorus dövlət təhlükəsizlik şurasının katibinin müavini təyin edilib.

Buna da bax...

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini …