Baş səhifə / Cəmiyyət / “Vur, komandir, vur” “Savaşçı” serialında – VİDEO

“Vur, komandir, vur” “Savaşçı” serialında – VİDEO

Bu səhnəni erməni helikopterini vuran komandirimizə həsr edirəm.

Moderator24.com Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri məşhur rejissor Kənan Mahmudov sosial şəbəkədə qeyd edib.

Türkiyənin “Fox” kanalında yayımlanan “Savaşçı” serialına çəkilən Kənan M.M ekran işinə Azərbaycanla bağlı daha bir səhnə əlavə etdirib.

O, erməni helikopteri vurulan zaman videoya düşən “vur, komandir, vur” sözlərini serialda öz replikasına daxil edib.

Mən bu serialda imkan olduqca Azərbaycan qəhrəmanlarını və yaşadığımız acıları hər kəsə öz sənətim vasitəsilə çatdırmaq istəyirəm. (Burada bu, o qədər də asan deyil) Bu səhnəni erməni helikopterini vuran komandirimizə həsr edirəm. “Vur, komandir, vur”. Mənim də əlimdən bu gəlir.

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …