Baş səhifə / Flaş / Hökumətin qızıl payı Mərkəzi Banka verildi

Hökumətin qızıl payı Mərkəzi Banka verildi

Gədəbəy qızıl-filiz yatağında hasil edilən əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan – 12865,2 troy unsiya (400,2 kiloqram) təşkil edən növbəti partiya qızıl külçələri Mərkəzi Banka yerləşdirilib.

Oxu.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, qızıl Nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilərək Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl həmin yataqdan hasil edilmiş Azərbaycan Hökumətinin mənfəət payı olan 60813,8 troy unsiya (1891,7 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr də saxlanc üçün Mərkəzi Banka verilib.

Ümumilikdə, Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı hazırda 73679,0 troy unsiyaya və ya 2291,9 kiloqrama çatdırılıb. Bu isə o deməkdir ki, hökumət bazar dəyəri 91,7 milyon ABŞ dolları olan qızıl ehtiyatına malikdir.

Buna da bax...

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini …