Baş səhifə / Cəmiyyət / Paşinyan işğal altındakı torpaqlarımızla bağlı təcili müşavirə keçirdi… – Qarabağda!..

Paşinyan işğal altındakı torpaqlarımızla bağlı təcili müşavirə keçirdi… – Qarabağda!..

Bütün bunlardan sonra rəsmi İrəvanın, yaxud Minsk qrupu həmsədrlərinin “Ermənistan rəhbəri və ya xarici işlər naziri Azərbaycanla danışıqlara hazırdır”demələri və bizim də həmin danışıqlara getməyimiz 50 milyonluq Azərbaycan xalqını sarımaq deyilsə, bəs nədir?..

Xəbər verdiyimiz kimi, noyabrın 5-i səhər saatlarında Ermənistan baş naziri vəzifəsini icra edən N.Paşinyan Xankəndində qondarma separatçı-terrorçu rejimin lideri hesab edilən Bako Saakyanla onun kabinetində görüşərək geniş söhbət aparıb.

Erməni mənbələrindəm yenicə aldığımız məlumata görə isə, işğalçı ölkənin hökumət başçısı separatçı liderlə təkbətək görüşündən sonra Ermənistan və qondarma rejimin ordu rəhbərliyini toplayaraq təcili və geniş müşavirə keçirib. Müşavirədə əsasən işğal altındakı Azərbaycan torpaqlarının Azərbaycan ordusundan müdafiəsi, “müdafiə ordusu” adı ilə Qarabağa yerləşdirilmiş işğalçı Ermənistanın qanunsuz ordu birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, “sərhədlərdə”ki vəziyyət məsələləri müzakirə olunub…

P.S. Bütün bunlardan sonra rəsmi İrəvanın, yaxud Minsk qrupu həmsədrlərinin “Ermənistan rəhbəri və ya xarici işlər naziri Azərbaycanla danışıqlara hazırdır, görüşün filan şəhərdə keçirilməsi nəzərdə tutulur” və s. demələri və bizim də buna razılıq verərək həmin görüşlərə getməyimiz 50 milyonluq Azərbaycan xalqını sarımaq deyilsə, bəs nədir?..

Sultan Laçın

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …