Baş səhifə / Cəmiyyət / “Əlimizdə bəyanatlardan başqa bir sənəd yoxdur”

“Əlimizdə bəyanatlardan başqa bir sənəd yoxdur”

Tofiq Zülfüqarov: “Əgər işğal haqqında qanun qəbul edilmiş olsaydı…”

İşğal edilmiş Azərbaycan ərazilərində ermənilərin məskunlaşmaqla yanaşı, həm də istehsalat müəssisələri yaratması, bu ərazilərdə istehsal edilən məhsulları müxtəlif ölkələrdə satmağa cəhd etməsi cəmiyyətimizi narahat edən əsas məsələlərdən biridir.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov bu və bu kimi problemlərin həlli üçün işğal haqında qanunun qəbul edilməsinə ehtiyac olduğunu vurğuladı:

“Ermənistanın işğal edilmiş ərazilərdə məhsul istehsal etməsi təbii ki, narahatverici haldır. Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı qanunun hazırlanmasına ehtiyac var. Təəssüflər olsun ki, bu konfiliktin uzun müddətdir ki, davam etməsinə baxmayaraq, bizdə bəyanatlardan başqa bir sənəd yoxdur. Lakin işğal haqqında qanun olsa, o zaman həm iqtisadi, həm hərbi, həm də digər məsələlər bu qanunun köməyi ilə tənzimlənə bilər. Bütün qurumlar bu qanun əsasında addım atmalıdır. Bir nümunə deyim. Azərbaycanın işğal edilmiş ərazilərənə qanunsuz səfərlər də bizi narahat edən məsələlərdən biridir. Bu cür şəxslərə qarşı addımlar işğal haqqında qanun əsasında atılmır. Onlara qarşı dövlət sərhədi haqqındakı qanunun müxtəlif bəndlərinə əsasən müəyyən addımlar atılır. Əslində isə hüquqşünaslar tərəfindən işğalla bağlı yaxşı bir qanun layihəsi işlənməlidir. Bu qanunun əsasında bütün əlaqədar qurumlar və eləcə də XİN işğal siyasətindən irəli gələn məsələləri həyata keçirməlidir”.

Seymur ƏLİYEV

Buna da bax...

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini …