Baş səhifə / Cəmiyyət / Şükürov 10 milyon axtarır: hamam satışa çıxarıldı

Şükürov 10 milyon axtarır: hamam satışa çıxarıldı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürov özünə məxsus əmlakları satışa çıxarıb.

Moderator24.com xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, o yaxın ətrafına bildirib ki, təcili olaraq 10 milyon manat lazımdır ki, köhnə işlərini sahmana salıb vəziyyətdən çıxsın. Bu məqsədlə özünün Bakının müxtəlif ünvanlarında yerləşən əmlaklarını və obyektlərini satır.

Qüdrət Şükürovun belə obyektlərindən biri də Ali Məhkəmə binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksidir. “Baş liftçi”nin qalmaqallarla yadda qalan qızı Aysel Şükürovanın “Türk hamamına girdim” adı ilə sosial şəbəkələrdə yayımladığı videoda kompleksin olduqca bahalı işləmələrlə zəngin olması diqqət çəkir. Həmin hamama xərclənən pullarla Bakıdakı binaların yarısına keyfiyyətli liftlər quraşdırmaq olardı.

İstintaqa cəlb edilmiş Qüdrət Şükürova təcili olaraq 10 milyon manatın niyə görə lazım olması bilinmir. Onun barəsində korrupsiya araşdırmaları davam edir.

Məlumata görə, Qüdrət Şükürovun Ali Məhkəmə binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksindən savayı Mərdəkandakı bir-birindən bahalı bağ evləri, Bakıda çoxsaylı mənzilləri, Almaniyada xüsusi sifarişlə yığılmış, 450 min avroya başa gəlmiş “Mercedes S klass” son model avtomobili, “Range Rover”, “Mercedes Qalenvaqen”, “Lexsus” markalı maşınları və ictimaiyyətə bəlli olmayan sərvəti var. İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatının olması da gələn xəbərlər sırasındadır.

İstinad

Buna da bax...

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini …