Baş səhifə / Cəmiyyət / Şəhid polislərin varisləri niyə birdəfəlik ödəniş almır?

Şəhid polislərin varisləri niyə birdəfəlik ödəniş almır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid polislərin vərəsələrinin birdəfəlik ödənişi almaması ilə bağlı məsələyə münasibət bildirib.

Oxu.az-ın məlumatına görə, bunu nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişov bildirib.

Onun sözlərinə görə, bu məsələ qanunvericiliyə uyğun olaraq tənzimlənir:

“Qanunvericiliyə uyğun olaraq, həqiqi hərbi xidmətdə (toplanışda olan şəxslər) hərbi qulluqçu hesab olunur və fərmanla yalnız hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur”.

“Polislərdən yalnız daxili qoşunlarda xidmət edənlər hərbi qulluqçu hesab edilir. Onların adları da siyahıya daxil edilib”, – deyə Himalay Məmişov qeyd edib.

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …