Baş səhifə / Cəmiyyət / “Bazar günləri atamla Qazax su anbarına balıq tutmağa gedirdik…”- Paşinyan

“Bazar günləri atamla Qazax su anbarına balıq tutmağa gedirdik…”- Paşinyan

“Ermənistan vətən deyil –gizlənmək üçün yerdir…”

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın erməni portallarından birində dərc edilmiş “Yerin tərs üzü” adlı avtobioqrafik romanından parçalar dərc edib.

Moderator.az-ın təqdim etdiyi növbəti epizodda işğalçı ölkənin başçısı uşaqlıq illərində Azərbaycanın Qazax bölgəsinə balıq tutmağa getməsindən də bəhs edir…

“Hər gün səhər saat 7-də İcevan(tarixi Karvansaray adlı şəhərimiz-S.L.) bazarının qarşısından yola düşən qırmızı avtobus Qazaxa üz tuturdu. Bazar günlərində atamla birlikdə Qazax su anbarına(yəqin ki, Ermənistanla sərhəddə yerləşən Coğazçay su anbarı nəzərdə tutulur-S.L.) balıq tutmağa gedirdik. Bax, burada sovet Ermənistanı sona çatır və sovet Azərbaycanı başlayır. Və mən hələ də anlamıram ki, insanın çəkdiyi sərhədlərə təbiət necə uyğunlaşa bilər? Necə ola bilər ki, sərhədin bu tərəfində bir təbiət, digər tərəfində isə başqa təbiət olsun? Axı sərhədlər insanlar tərəfindən çəkilir, təbiət isə sərhədləri tanımır? Amma kəndlilərlə söhbətlərdən sonra mən təbiətin sərhədlərə deyil, bizim təbiətə uyğunlaşdığımızı başa düşürəm.

“Kim bizi təhdid edirsə, biz dərhal bu dağlara sığınırıq” deyir kənd qocaları. Və bunu sakitcə, çox sakitcə edirlər, sanki elə belə də olmalıdır. Faktiki olaraq Ermənistan -bir vətən deyil, gizlənmək üçün bir yerdir. Ona görə də buradakı insanlar sanki gizlincə yaşayırlar, gizlənirlər, evlərində isə başqa bir şey deyirlər…”

P.S. Super güclərin yetişdirdiyi bu plastik erməni fiqurunun “besteller” hesab edilən romanında nə demək istədiyini yalnız onun iplərini tutan ağaları anlaya bilər… Amma bircə onu doğru yazır ki, Ermənistan vətən deyil, ordan-burdan yığılıb, köçürülüb toplanmış ermənilərin qonşularına daş atdıqdan sonra gizlənmələri üçün bir məkandır…

Sultan Laçın

Buna da bax...

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək. Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini …