Baş səhifə / Cəmiyyət / “Bakı Metropoliteni” gələn il 50 yeni vaqon alacaq

“Bakı Metropoliteni” gələn il 50 yeni vaqon alacaq

“Bakı Metropoliteni” QSC gələn il yeni stansiyalarının açılışı, həm də vaqon parkının yenilənməsi ilə əlaqədar 50 yeni vaqon alacaq.

Report”un məlumatına görə, bunu qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov metro işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu vaqonların 20-si (4 qatar) yeni tikilmiş xətlərdə, 30-u (6 qatar) isə köhnə xətlərdə istismar ediləcək.

“Yeni vaqonlar Rusiyanın “Metrovaqonmaş” şirkətinin istehsalı olacaq”, – deyə Ə.Osmanov qeyd edib.

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …