Baş səhifə / Cəmiyyət / Dünyanın ən nəhəng aeroportundan Bakıya uçuşlar başladı

Dünyanın ən nəhəng aeroportundan Bakıya uçuşlar başladı

Bu gündən etibarən hər gün İstanbulda açılan yeni aeroportdan Bakıya uçuşlar həyata keçiriləcək.

Oxu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dünən İstanbulun yeni aeroportundan Bakıya ilk uçuş baş tutub.

Reys Türkiyə hava yollarındakı ən böyük təyyarə sayılan və 349 sərnişin tutumuna malik olan “Boeing 777-300” ilə həyata keçirilib. Bakıya qədər təyyarə Ankara və Kipr aeroportlarına eniş edib.

İstanbulun yeni aeroportu dünyanın ən nəhəng aeroportlarından biridir və illik 150 milyon sərnişinə xidmət edəcək. Onun açılış mərasimi oktyabrın 29-da baş tutub.

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …