Baş səhifə / Cəmiyyət / Amaliya Pənahova ilə vida mərasimi keçirilir – YENİLƏNİB

Amaliya Pənahova ilə vida mərasimi keçirilir – YENİLƏNİB

Amaliyanı cavanlıqdan tanıyırdım. Onun “Nargilə” obrazı bütün sevənləri sarsıtmışdı. Onu rejissor Tofiq Kazımov kəşf etmişdi. Biz onunla tez-tez zəngləşir, danışırdıq. Ona deyirdim ki, AzDrama sənin sənin doğma teatrındır.

Bunu Xalq artisti Amaliya Pənahova ilə vida mərasimində Azərbaycan Akademik Milli Dram Teatrının diretoru Azərpaşa Nemətov deyib.

“O, hərbi bölgələrdə öz kollektivi ilə tamaşalar oynayırdı. Sakit dayanmırdı, bu, Milli Məclisdə deputat olduğu dövrdə də belə idi. Həm rejissor, həm aktrisa kimi çox böyük idi. Bunlar yaddaşımızdadır. İllər keçəcək, oynadığı tamaşalar, filmlər yenə də göstəriləcək. Onun böyük sənəti əbədiyyətdə də özünə yer tapacaq. O, böyük bir dövrün, epoxanın sənətkarıdır. Ailə üzvlərində başsağlığı verirəm. Bu gün hamı məyusdur. Son dəfə onu bu səhnəyə çıxardıq. Ruhu şad olsun!”

12:18

Bu gün Azərbaycan ictimaiyyətə çox ağır itki üz verib. Cəmiyyətin verdiyi reaksiyadan bəlli olur ki, teatra çox dəyər veririk. Amaliya xanım Azərbaycan teatrı üçün əvəzolunmaz şəxslərdən biri idi. Şöhrət və şərəf ordenli unudulmaz bir aktrisa idi. O, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Oxu.Az xəbər verir ki, bunu Xalq artisti Amaliya Pənahova ilə vida mərasimində Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev deyib.

“Nargilə” obrazı onun ilk rolu olub. 28 il bu səhnədə müxtəlif obrazlar yaradıb. Müstəqilliyin ilk illərində Bakı Bələdiyyə Teatrını yaradıb. İki həftə öncə gəlib bu teatrda məşqlərə baxıb, daha sonra xəstəxanaya gedirmiş. Cəmiyyətdə böyük nüfuza malik idi. O, nəinki Azərbaycanda, həmçinin, beynəlxalq arenada da Azərbaycanı təmsil edirdi.

Azərbaycan ona xüsusi dəyər verirdi. Onun yaradıcılığı Azərbaycan tarixində əbədi yer tutacaq. Bu gün o, haqq dünyasındadır. Yaratdığı obrazlar, onun tələbələri daim ürəyimizdə yaşayacaq”.

11:52

Onunla səhnədə olmaq xoşbəxtlik idi.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Amaliya Pənahova ilə vida mərasimində Xalq artisti Rəfael Dadaşov deyib.

Onun sözlərinə görə, Amaliya xanıma layiqli tərəf müqabili olmağa çalışıb:

“Cavanların müəyyən baqajı, səlahiyyəti yoxdur danışmağa. Biz müştərək işlər görmüşük, tərəf müqabili olmuşuq.

Onunla səhnədə olmaq xoşbəxtlikdir. Çalışırdım ki, onun layiqli tərəf müqabili olum. Çox gözəl tandem təşkil edirdik, bu gün də tamaşalarımız qızıl fonddadır.

Mədəniyyətimiz, xalqımız böyük bir dəyər itirdi. Danışmaq çətindir. Bundan sonra kimin haqqında ağızdolusu danışacağıq? Çox pərişanam, kədərliyəm. Nə deyə bilərəm ki? Allah rəhmət eləsin!”

“Ürəyim ağzımdan çıxır, heç cür qəbul edə bilmirəm. Yavaş-yavaş hamımız gedirik. Sonuncu mogikanların yerini isə yalnız ortabablar tutur”, – Xalq artisti Flora Kərimova duyğularını dilə gətirib.

11:31

Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

Amaliya Pənahova ilə vida mərasiminə qatılan Xalq artisti Nurəddin Mehdixanlı sənətçi barədə fikirlərini belə ifadə edib:

“Amaliya Pənahova həmişə gənclərə dəstək olub. Sənət fədaisi idi. Tək özü üçün yaşamadı. Ondan sonra yerini heç kim tutmayacaq. “Sən həmişə mənimləsən” tamaşası ilə özünü sevdirdi. O, fiziki mənada bizdən uzaqlaşdı”.

Əməkdar artist Elxan Qasımov da mərhum sənətkar barədə fikirlərini bölüşüb:

“Amaliya Pənahovadan bir daha gəlməyəcək. Şübhəsiz ki, onun yeri cənnətdir”.

11:18

Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başlayıb.

Mərasimə sənət nümayəndələri, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və başqaları qatılıb.

İstinad

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …