Baş səhifə / Cəmiyyət / Mədət Quliyev veloyürüşdə iştirak etdi – FOTOLAR

Mədət Quliyev veloyürüşdə iştirak etdi – FOTOLAR

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası və Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubunun təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbi, “Gənc Velosipedçilər” İctimai Birliyi və “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun dəstəyi ilə “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə DTX rəisi, general-polkovnik Mədət Quliyev, DTX Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, o cümlədən ilk dəfə olaraq “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun nümayəndələri də iştirak edib.

100-dən artıq velosipedçi “Azneft” dairəsindən start götürməklə Neftçilər prospekti ilə hərəkət ediblər və Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …