Baş səhifə / Cəmiyyət / Ermənistanın baş və hərbi prokurorları Azərbaycanda separatçı bayraq altında görüş keçirdi-Foto

Ermənistanın baş və hərbi prokurorları Azərbaycanda separatçı bayraq altında görüş keçirdi-Foto

Ordumuz Azərbaycan bayrağını Murovda, Dəlidağda, Kirsdə və s. ucaltmayınca düşmən bayrağı altında belə görüşlərə hələ çox dözməli olacağıq…

İşğalçı ölkənin baş prokuroru Artur Davutyan və onun müavini, hərbi prokuror Vare Arutyunyan Azərbaycanın dövlət sərhədini pozaraq Xankəndi şəhərimizə gəlib.

Moderator24.com xəbər verir ki, qondarma separatçı-terrorçu rejimin başçısı hesab olunan Bako Saakyan ad-soyadlı məxluqla görüşdə onlar “iki erməni dövləti”nin müvafiq qurumları arasındakı əlaqələrin inkişaf perspektivlərindən bəhs ediblər.

P.S. Milli Ordumuz Azərbaycan bayrağını Murovda, Dəlidağda, Kirsdə, Cıdır düzündə, Şuşada, Xankəndində və s. ucaltmayınca ürək ağrısıyla düşmən bayraqları altında belə görüşlərə, tədbirlərə, şənliklərə hələ çox dözməli olacağıq…

Sultan Laçın

Buna da bax...

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə …