Baş səhifə / Dünya / Sarkisyandan Ərdoğana nə sual verəcəyini soruşdular

Sarkisyandan Ərdoğana nə sual verəcəyini soruşdular

Ermənistan prezidenti Armen Sarkisyan jurnalistlərə İsveçrə və Fransa telekanallarına verdiyi müsahibə barəsində danışıb.

Bu barədə Oxu.az Ermənistan KİV-ə istinadən məlumat verir.

O bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinə dair hansısa xüsusi bəyanat verməyib, belə bəyanatları ölkənin Xarici İşlər Nazirliyi və hökumət verməlidir.

“Müsahibələrdən biri zamanı jurnalist mənə gözlənilmədən sual verdi. Sual sadə idi. “Əgər indi qarşınızda Ərdoğan dayansaydı, nə edərdiniz?” Mən də cavab verdim ki, “Sabahınız xeyir” deyərdim. Və bir erməni olaraq cavab verdim ki, bizim danışmağa mövzumuz var”, – deyə Sarkisyan əlavə edib.

Onun sözlərinə görə, bu siyasi bəyanat deyil, hazırda Ermənistan prezidenti postunu tutan bir erməninin məsələyə yanaşma tərzidir.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …