Baş səhifə / Cəmiyyət / Qardaşları Elmar Vəliyevin borclarını bağlamağa başladı -Sabiq başçıdan kütləvi şikayətlər gedir

Qardaşları Elmar Vəliyevin borclarını bağlamağa başladı -Sabiq başçıdan kütləvi şikayətlər gedir

Bir neçə ay əvvəl sui-qəsd cinayətinə məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən şəhərin yeni rəhbəri Niyazi Bayramova edilən şikayətlər Gəncə Şəhər prokurorluğuna yönəldilir.

Moderator24.com xəbər verir ki, bu barədə Gununsesi.org-a Gəncədəki mənbələr məlumat verib. Məlumatda bildirilir ki, şikayətçilər əsasən sahibkarlar və şəhərin müxtəlif yerlərində torpaq sahəsi almaq istəyənlərdi.

Bundan başqa şəhərin abadlaşdırılması adı ilə inşaat mağazalarından nisyə alınmış materialların pullarını ala bilməyən sahibkarlar da şikayətçilər arasındadır.

Araşdırma zamanı o da bəlli olub ki, artıq bu məsələlər ali rəhbərliyin diqqətini çəkdiyindən sabiq icra başçısının yaxınlarına vətəndaşları razı salmaq göstərişi verilib.

Məlumata görə, Elmar Vəliyevin qardaşları artıq onun borclarından bir qismini bağlamağa məcbur olub.

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …