Baş səhifə / Cəmiyyət / “Sizin Amerikanıza da, Rusiyanıza da, Avropanıza da, yəhudi masonçuluğunuza da, üstəlik, Sorosunuza da…”

“Sizin Amerikanıza da, Rusiyanıza da, Avropanıza da, yəhudi masonçuluğunuza da, üstəlik, Sorosunuza da…”

Aydın olur ki, bütün baş verənlərə rəğmən Paşinyan Serjik Sərkisyanı özünə qardaş hesab edir…
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın erməni portallarından birində “Yerin tərs üzü” adlı avtobioqrafik romanından parçalar dərc edilib.

Moderator.az-ın təqdim etdiyi növbəti epizodda İrəvanda hökumət qüvvələrinin nümayişçilərə atəş açması və qətllərlə nəticələnmiş 1 mart 2008-ci il olaylarından bəhs edən işğalçı ölkə başçısı həmin hadisələrdən təkan götürən və 2018-ci ildə özünün hakimiyyətə gəlməsi ilə nəticələnən inqilabi proseslərin guya heç bir xarici qüvvənin təsiri ilə baş vermədiyini sübut etməyə çalışır…

(Əvvəlki maraqlı epizodlarla bu linklərdə tanış ola bilərsiniz: http://www.moderator.az/news/246561.htmlhttp://www.moderator24.com/news/7063.html)

“1 Martda erməni xalqı qalxa biləcəyini sübuta yetirmək üçün qaçmadı…”

“…Bəs Ağdam? Ağdamla bağlı bu, necə baş verdi? Bu suala cavab çox aydın və anlaşılan görünür: Ermənistanda insanlar evlərindən çıxdılar… Hansısa məqamda bir neçə il əvvəldən insanlar, gizlənməyə son qoymağa başladılar və indi onların baxışları üçün üfüqlər açılmışdı…

Martın 1-də səhər saatlarında mən Azadlıq meydanından qaçdım. Azadlıq meydanı mənə Ağdam kimi göründü… Baqramyan prospektində düzənlik bitir və yoxuş, dağlara doğru yüksəlmə başlayır. Və kimsə bizi hədələdi və biz yenə də dağlara qaçırıq…

Burada problem ermənilərdə və türklərdə deyil, Allah qorusun. Problem hüquqdadır, problem qanunsuzluğun, həyasızlığın kobud gücü qarşısında geri çəkilməkdə, problem ayağa qalxmaqda, ayağa durmaq qabiliyyətindədir, problem öldürməyə və ölməyə hazır olmaqdadır…

1 martda biz döndük və ayağa qalxdıq. Biz ayağa durmaq bacarığımızı sübut etmək üçün nə qədər mümkün idisə, yüksəyə qalxdıq. Martın 1-də erməni xalqı qaçmadı. Martın 1-də erməni xalqı qalxa biləcəyini sübuta yetirmək üçün qaçmadı. O, bunu sübut etdi və evinə döndü. Daha çoxunu sübut edə bilərdi. Ancaq qarşıda duran yad olsa da, düşmən deyildi. Yad olsa da, qardaş idi. 1 martda qarşıda duran deyil, onu bizi öldürməyə vadar edən düşüncə yad idi. 1 martda düşmən görünməz idi. Bu düşmən bizim öz içimizdə idi və biz bu düşmənə qalib gəldik…

İndi mən oxuyuram və təəccüblənirəm: öyrənirəm ki, sən demə, bizi Amerika yönləndirib, bizi Avropa istiqamətləndirib. Öyrənirəm ki, bizi yəhudi-mason qüvvələri idarə edib, Soros yönləndirib. Oxuyuram … Və əlimdəki stəkanı duvara çırpıram…

Mən sizin Amerikanıza da, sizin Avropanıza da, bütövlükdə və hər bir ölkəsinə ayrı-ayrılıqda, sizin Rusiyanıza da, sizin yəhudi masonçuluğuna da, hələ üstəlik, Sorosunuza da…!.. Bizi yönləndirə biləcək o şanslı kimdir?..”

Təqdim etdi: Sultan Laçın

Buna da bax...

Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub

Bu gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov …