Baş səhifə / Cəmiyyət / “Kimlərin “cib” müxalifəti olduğunu açıqlayacam…”

“Kimlərin “cib” müxalifəti olduğunu açıqlayacam…”

“Milli Məclisdə xalqa bir söz deyib sonra tamamilə başqa iş görənlər…”

“Biz hakimiyyətin əsas rəqibləri olmağa iddialıyıq”.

Moderator24.com xəbər verir ki, bunu cümə günü Ermənistanın “Respublika” partiyasıyla “Biz” blokunun yaradılmasına dair memorandumun imzalanmasından sonra “Azad Demokratlar” partiyasının sədri Xaçatur Kokobelyan bildirib.

Eyni zamanda, Kokobelyan hazırkı hökumətin etdiyi dəyişiklikləri dəstəkləyəcəyini bəyan edib. Siyasətçi ötən 20 il ərzində müxalifətdə olduğunu söyləyərək Ermənisanda “cib” müxalifətinin də olduğunu vurğulayıb.

“Mən Milli Məclisdə əyləşməyə nail olaraq xalqa bir söz söyləyən, lakin sonra tamamilə fərqli işlər görən siyasi qüvvələri “cib” müxalifəti hesab edirəm. Məsələn, taleyüklü səsvermələr zamanı onlar tam olaraq Respublikaçı partiyanın istədiyi kimi hərəkət edirdilər. Seçki kampaniyası ərəfəsində olduğumuz üçün vətəndaşlara şərh verəcəyəm “-deyə X.Kokobelyan söz verib.

O, həmçinin, qeyd edib ki, məqamı yetişəndə bu məsələ ilə bağlı çıxış edəcək və kimin nə işlə məşğul olduğunu birbaşa bəyan edəcək.

Sultan Laçın

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …