Baş səhifə / Dünya / 14 dəfə cek-potu udan riyaziyyatçı düsturu açıqladı

14 dəfə cek-potu udan riyaziyyatçı düsturu açıqladı

Riyaziyyatçı Stefan Mandel bu günə qədər fərqli ölkələrdə 14 dəfə cek-potu udub.

Mandel qələbəsini təmin edən düsturu açıqlayıb.

Rumıniya və Avstraliya vətəndaşı olan Stefanın yaratdığı üsulla cek-potu qazanmaq mümkündür. Amma bunun üçün minlərlə sərmayəçinin dəstəyi lazımdır.

“BBC Türk”ün xəbərinə əsasən, riyaziyyatçının düsturuna əsasən, 6 şərti yerinə yetirməklə 6 cek-potdan beşini qazanmaq mümkündür. Düstur aşağıdakıdır:

Ehtimal edilən variantların sayını hesablayın;

Lotoreyada cek-pot miqdarının bunun ən az 3 dəfə artıq olacağı anı gözləyin;
Hər variant üçün pul ödəyəcək adam tapın (Mandel Virciniya lotoreyası üçün 2524 nəfərin yardımından istifadə edib);

Hər versiya üçün lotoreya oynayın və kuponları alın;

Kuponları lotoreya satılan dükana aparın;

Cek-potu qazanın, sizə kömək edənlərə pullarını ödəyin.

Qeyd edək ki, Mandel 1987-ci ildə 1.3 milyon dollarlıq cek-pot qazansa da, ona cəmi 97 min dollar pul qalmışdı.

İstinad

Buna da bax...

Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı – FOTO/VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov 4105 jim vuran beş yaşlı uşağa ağ rəngli “Mercedes” bağışlayıb. Çeçenistanın …