Baş səhifə / Cəmiyyət / “…Biz dostluq etməyə başlayacağıq- Bakıya gedəcəyik…”-Ermənilərin “tülkü” generalı

“…Biz dostluq etməyə başlayacağıq- Bakıya gedəcəyik…”-Ermənilərin “tülkü” generalı

Ter-Tadevosyan:”Onlara inanmaq olmaz, hər dəqiqə hücuma keçə bilərlər, lakin biz hazır olmalıyıq…”

“2016-cı ildə Rusiyanın problemləri vardı. Ona görə də Azərbaycanın bizə zərbə vurmasına imkan yaratdı. Ancaq indi Azərbaycanın başı xarab olmayıb ki, yenidən buna cəhd etsin. Bircə raket onları cilovlayar…”

Moderator24.com yazır ki, Ermənistan mediasının xəbər verdiyinə görə, növbəti dəfə belə sərsəm iddialarla Qarabağ müharibəsinin bədnam “qəhrəmanı”, “meşə tülküsü” ləqəbli general Arkadi Ter-Tadevosyan çıxış edib.

Azərbaycan ordusunun son möhtəşəm təlimlərindən həyəcanını gizlədə bilməyən “meşə tülküsü” “Rusiya və Türkiyə biri-birilə yaxınlaşdığı üçün Azərbaycana Ermənistanla döyüşməyə imkan verməz. Ona görə də narahat olmaq lazım deyil”- deyərək özünə və İrəvan və Xankəndindəki işğalçı, separatçı-terrorçu rejimlərə toxtaqlıq verir.

“Bu, əvvəldən planlaşdırılmış təlimlərdir. Bütün texnikanı nümayiş etdirirlər, lakin bizi qorxutmaq çətindir. Amma istənilən halda hazır olmalıyıq və sübut etməliyik ki, müqavimət gücümüz var”-erməni general bildirir.

Həmişəki kimi Rusiyadakı dayaqlarına arxalanan Ter-Tadevosyan adəti üzrə başından yekə danışaraq deyib:

“Biz Azərbaycana prezident seçməyə imkan verəcəyik. Sonra da dostluq etməyə başlayacağıq. Bakıya gedəcəyik…”
Erməni general deyib ki, 2016-cı ilin aprelinə qədər Azərbaycan məxfi təlimlər keçirmişdi və bundan sonra hücuma keçmişdi. “İndi isə təlimlər barədə əvvəlcədən elan edilib”. Amma  “Bütün hallarda onlara inanmaq olmaz, hər dəqiqə hücuma keçə bilərlər. Və biz hazır olmalıyıq…”-deyən “tülkü” general qorxusunu da gizlədə bilməyib.
Sultan Laçın

Buna da bax...

“Qarabağ universitetinin rektoru olsaydım – QAÇQINLARI NƏ SOYARDIM…”

“Qarabağ dövlət universiteti” rektorluğuna 3 namizəd var- üçü də erməni… Bir müddət öncə xəbər vermişdik …