Baş səhifə / Cəmiyyət / Ermənistanın müxalifət partiyası Azərbaycana avto-yürüş keçirəcək – Qarabağın de-yure birləşdirilməsi tələbi ilə…

Ermənistanın müxalifət partiyası Azərbaycana avto-yürüş keçirəcək – Qarabağın de-yure birləşdirilməsi tələbi ilə…

Azərbaycan xalqı ümid edirik ki, Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupu sülh yolu ilə münaqişənin ədalətli həllinə nail olacaq…

İşğalçı ölkənin “Sasna tsrer” adlı müxalifət partiyasının rəhbərliyi bu günlərdə Azərbaycanın işğal altındakı ərazilərinə avto-yürüş təşkil etməyi qərara alıb.

Moderator24.com xəbər verir ki, bu haqda partiyanın erməni mediasına təqdim etdiyi press-relizdə məlumat yayılıb. Yürüş torpaqlarımızın de-fakto Ermənistana birləşdirilmiş “Artsax” adlandırılan hissəsinin de-yure birləşməsinin də başa çatdırılması tələbi ilə keçiriləcək. Eyni zamanda “Sasna tsrer” bu tədbiri 1988-ci ildə Qarabağın Ermənistana birləşdirilməsi naminə separatçı hərəkətın təşəbbüskarı, ploitoloq və “milli siyasi xadim” İqor Muradyanın “xatirəsinə” həsr edəcək.

P.S. Biz ümid edirik ki, Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupu sülh yolu ilə münaqişənin ədalətli həllinə nail olacaq…

Sultan Laçın

Buna da bax...

Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik”

“Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və uzun …