Baş səhifə / Cəmiyyət / “160 nömrəli avtobus sürücüləri ötən hadisədən dərs götürməyiblər” – Açıqlama

“160 nömrəli avtobus sürücüləri ötən hadisədən dərs götürməyiblər” – Açıqlama

17.11.2018 tarixində sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ 232 olan sərnişin avtobusunun Binə qəsəbəsində dəmir yol keçidi qarşısında dayanması və slaqbaumun avtobusun üzərində olması ilə bağlı video görüntü yayılıb. Əksər sosial şəbəkə iştirakçıları və videonu çəkən şəxslər avtobusun sürücüsü Mahmudov Nicat Bəhram oğlunun dəmir yol keçidində xəbərdarlıqlara məhəl qoymayaraq son anda dayandığını ehtimal edirlər.

Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və ciddi araşdırılıb. Bu barədə məlumat yayan BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobus dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və işıqfor işləməyib (qırmızı işığı yanmayıb):

“Müəyyən edilib ki, 17.11.2018 tarxində gündüz saatlarında 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobus dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və svetofor işləməyib (qırmızı işığı yanmayıb). Buna baxmayaraq sürücü qatarın gəldiyini bilərək avtobusu dayandırıb. Təqdim edilən video görüntüdən də aydın bilinir ki, şlaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb.Yəni avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun banının üstündə olmazdı. Video görüntünü paylaşan və izləyən şəxslər diqqətlə baxsalar, özləri də əslində məsələnin necə olduğunu anlayacaqlar”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova isə BNA sözcüsünün yaydığı məlumatla razılaşmayıb. O bildirib ki, həmin ərazidə işıqfor və şlaqbaum normal qaydada işləsə də 160 nömrəli avtobusun sürücüləri ötən hadisədən heç bir dərs götürməyiblər:

Həmin ərazidə işəqfor normal qaydada işləyib. Sadəcə avtobus keçidə yaxınlaşanda sürətlə keçmək istədiyinə görə işıqfora məhəl qoymayıb və nəticədə şlaqbaum avtobusun üstünə bağlanmalı olub. Həmin sürücülərə başa salmaq lazımdır ki, avtomobil yaxud digər nəqliyyat vasitəsi dəmir yol xəttini keçirsə istər görünən olsun, istər görünməyən, sürəti azaldıb sağa-sola baxmalıdır. Qatar gəlməmişdən bir neçə dəqiqə əvvəl həyəcan siqnalı verir, bunu da eşitmir sürücülər?! Niyə belə hal digər avtomobillərdə baş vermir, yalnız avtobuslarda yaranır problemlər? Belə çıxır ki, sürücülər ötən hadisədəm özlərinə dərs götürməyiblər”.

İstinad

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …