Baş səhifə / Cəmiyyət / “Sürücülər şlaqbaum enən müddətə qədər keçməyə cəhd edirlər” – “Azərbaycan Dəmir Yolları”

“Sürücülər şlaqbaum enən müddətə qədər keçməyə cəhd edirlər” – “Azərbaycan Dəmir Yolları”

Xəzər rayonu Binə qəsəbəsində baş verən avtoqəzadan az müddət ötməsinə baxmayaraq anoloji hadisə təkrarlanıb.

160 nömrəli sərnişindaşıma abtobusu Binə qəsəbəsində yendiən təhlükəli vəziyyət yaşayıb. Onu isə qatarla toqquşmadan saniyələr xilas edib.

Moderator24.com xəbər verir ki, məsələ ilə bağlı bizimyol.info-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olan görüntülərə görə həmin ərazidə bütün qanunvericiliyin tələblərinə riayət olunsa da sürücülər yol hərəkəti qaydalarına, eləcə də işıqforun qırmızı işığına məhəl qoymurlar.

Belə ki, 40 km/saat sürətlə hərəkət edən qatarın keçid məntəqəsinə çatmasına 700 metr məsafə qalmış xəbərdarlıq siqnalı səslənir, siqnalın səslənməsindən 7 saniyyə sonra isə şlaqbaum endirilir. Buna baxmayaraq sürücülər xəbərdarlıq siqnalına, işıqforun qırmızı işığına məhəl qoymayaraq şlaqbaum enən müddətə qədər keçməyə cəhd edirlər ki, bu da qəzalara səbəb olur.

Görüntüləri oxucularımıza təqdim edirik:

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …