Baş səhifə / Dünya / Monronun “Qızıl qlobus”u rekord məbləğə satıldı

Monronun “Qızıl qlobus”u rekord məbləğə satıldı

Merilin Monronun 1962-ci ildə tamaşaçıların ən sevimli aktrisası kimi aldığı “Qızıl qlobus” mükafatı Los-Ancelesdə rekord məbləğə – 250 min dollara satılıb.

Bu mükafat üçün indiyə qədər belə yüksək məblığ heç zaman ödənilməyib.

“Julien’s Auctions” hərracında aktrisaya məxsus bir sıra digər əşyalar da satılıb, o cümlədən 1956-cı il istehsalı olan “Ford Thunderbird” avtomobili (490 min dollar), çek kitabçası və s.

Merilin Monro kimi məşhurlaşan Norma Cin Mortenson müxtəlif filmlərdə 30-a yaxın obraz canlandırıb. O, 1962-ci ildə dünyasını dəyişib.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …