Baş səhifə / Cəmiyyət / Separatçı məmur Xocavənddəki bitki yağları zavodunda oldu…-Fotolar

Separatçı məmur Xocavənddəki bitki yağları zavodunda oldu…-Fotolar

Kəndlərimizdə ev tikən hər erməniyə 1 faizli bank krediti veriləcək?..

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “dövlət naziri” hesab edilən QriqoriyMartirosyan adlı məxluq Xocavənd rayonunun “Karmir Şuka” adlandırılmış məşhur Qırmızı Bazar qəsəbəsində olub.

Moderator24.com xəbər verir ki, erməni nəşrlərinin məlumatına görə, Q.Martirosyan qəsəbədə fəaliyyət göstərən raps bitki yağları zavoduna baş çəkib.

Azərbaycan torpaqlarında yetişdirilən raps bitkisindən yağın hazırlanması prosesi ilə tanış olub. Sonra separatçı məmur Qırmızı Bazarda tikilməkdə olan çoxmərtəbəli binalarda işlərin gedişi ilə maraqlanıb. Ərazidə “Artsax İnvestisiya fondu” və “Rafo” şirkətinin vəsiati hesabına 32 mənzilli dördmərtəbəli binalar tikilir. Qəsəbə sakinləri ilə söhbətində Q.Martirosyan bildirib ki, məskunlaşdırmaya stimul yaratmaq üçün separatçı rejim 2019-cu ildən yeni proqrama start verəcək. Kəndlərdə ev tikmək istəyən ermənilərə “Artsax investisiya” fondu vasitəsi ilə cəmi 1 faizli bank krediti veriləcək…

P.S. Ermənilər bizim uğurlu bank faizlərinə heç vaxt çata bilməzlər…

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …