Baş səhifə / Cəmiyyət / Azərbaycanlıların Minskdə tikdiyi üç möhtəşəm bina – FOTO

Azərbaycanlıların Minskdə tikdiyi üç möhtəşəm bina – FOTO

Belarusun “tut.by” nəşri İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə bağlı azərbaycanlıların Minskdə ucaltdığı görkəmli binalarının siyahısını hazırlayıb.

Həmin siyahını təqdim edirik.

“Astoria Riverside” restoran kompleksi


2018-ci ilin may ayında “Qaliblər” prospektində Azərbaycanın “İnterComStayl”şirkətinin investisiyası ilə ərsəyə gətirdiyi “Astoria Riverside” restoran kompleksi açıldı.


A.Lukoşenko və İ.Əliyevin görüşündən sonra dörd hektar ərazidə bu kompeks inşa edildi. Komnpleksin açılış mərasimində Belarusun yüksək vəzifəli məmurlarının iştirakı onun paytaxt üçün önəmindən xəbər verirdi.

Şəhərin ən görkəmli rayonunda yerləşməsinə baxmayaraq burda qiymətlərin çox baha olmadığı, xidmətin isə yüksək səviyyədə qurulduğu bildirilir.

“Abşeron” kompleksi


Azərbaycanın ərsəyə gətirdiyi bu layihə də paytaxtın ən nüfuzlu rayonunda yerləşir. Bu layihə biznesmen Vasif İsmayılovun “Azneman” şirkəti tərəfindən reallaşdırılıb. Xatırladaq ki, şirkət Azərbaycanın Belarusdakı səfirliyinin binasının da tikintisini həyata keçirib.


“Abşeron” inzibati və restoran hissələrindən ibarətdir. Həmçinin, Azərbaycanın Belarusdakı Ticarət Evi də bu kompleksdə yerləşir.

Çervensk bazarı ilə üzbəüz tikilən Biznes Mərkəzi

Son illər Azərbaycan investorlarının Minskdə gerçəkləşdirdiyi ən böyük layihələrdən biri də Çervensk bazarı ilə üzbəüz tikilən Biznes Mərkəzidir. Layihə tanınmış memar Boris Şkolnikovun rəhbərliyi ilə”Sudotexnologiya” şirkəti tərəfindən tikilir. Layihənin investoru Vasif İsmayılov və Aqibət Məmmədovdur.

Biznes mərkəzin tikinti işlərinin 2019-cu ildə başa çatması planlaşdırılıb.

7,5 min kvadrat metri əhatə edən mərkəzdə ofislər, ictimai obyektlər və yeraltı parkinq şəhər sakinlərinin istifadəsinə veriləcək.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …