Baş səhifə / Cəmiyyət / Gəncədə partlayış olan binadan daha 2 nəfərin meyiti çıxarıldı – FOTO/VİDEO (Yenilənib)

Gəncədə partlayış olan binadan daha 2 nəfərin meyiti çıxarıldı – FOTO/VİDEO (Yenilənib)

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.

Dağıntılar altından 50 yaşlı qadın və onun 25 yaşlı oğlunun meyiti çıxarılıb. Qadının orta məktəb müəllimi olduğu bildirilir.

Axtrışlar davam etdirilir.

***9:44

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub.

Dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

***9:01
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.

Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

***07:51

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

Hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

Faktla bağlı araşdırma aparılır.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …