Baş səhifə / Cəmiyyət / Deputatlığın dadını görmüşəm: hara gedirdimsə… – Professor

Deputatlığın dadını görmüşəm: hara gedirdimsə… – Professor

Mən də deputat olmuşam, amma bir su köşküm də yoxdur ki, gedib su içim. 4-5 universitetdə işləmişəm. İndi də yaşımın bu vaxtında iş dalınca ora-bura qaçıram. Çünki yaşamaq üçün ehtiyaclarımı ödəyə bilmirəm. Pensiyam da təbii ki, buna çatmır. Maaşlarda artımlar bütün sahələri əhatə etməlidir. İndiki vaxtda ehtiyaclarımız çoxalıb.

Bu sözləri Yeni Azərbaycan Partiyasının qurucularından sayılan sabiq deputat, iqtisadçı professor Əli Əlirzayev “Yeni Müsavat”a geniş müsahibəsində bildirib.

Sabiq deputat əlavə edib ki, deputatların maaşlarının artırılmasını istəmələri normaldır, ancaq bunun qarşılığında gərək səmərəli işləsinlər:

“Deputatların aldıqları maaşlarla dolana bilməmələri normaldır. Bir şeyi nəzərə almaq lazımdır ki, onların xərcləri özlərinə uyğun şəkildədir. Şəxsən mən həyat yoldaşımla özümün müalicəmiz üçün ayda min manat dərmana verirəm. Deputatlar maaşlarının artırılmasını istəyirlər, qoyun istəsinlər, amma unutmasınlar ki, səmərəli işləmək lazımdır”.

Sabiq deputat bildirib ki, o, deputat olduğu zaman onu nazirlər də qəbul edib, deputatlıqdan düşdükdən sonra isə mühafizəçi belə qəbul etmir:

“Deputat statusu çox gözəl bir şeydir. Mən deputat dadını görmüşəm. Hara getmişəmsə, yolum açılıb. Əvvəl nazir qəbul edirdisə, deputatlıqdan düşdükdən sonra qəbul edən olmadı. Deyirlər nə olsun ki, deputat olmusan. Bax belə hallar insana pis təsir edir. İstənilən halda deputatlara hörmət etmək lazımdır, deputatlıqdan gedənlərə də bu hörmət qoyulmalıdır. Türkiyədə olduğu kimi, onların nüfuzlarını qorumaq lazımdır”.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …