Baş səhifə / Cəmiyyət / Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Nazir müavini: “Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək”

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək.

Bu barədə “Report“-a fövqəladə hallar nazirinin müavini Etibar Mİrzəyev məlumat verib.

E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: “Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …