Baş səhifə / Dünya / Ermənilər Avropada 1 milyon avrodan çox pul diləndi – Ən çox Fransadan toplanıb…

Ermənilər Avropada 1 milyon avrodan çox pul diləndi – Ən çox Fransadan toplanıb…

Toplanmış vəsaiti işğalçılar həm də Azərbaycanın işğal altındakı torpaqlarında günəş elektrik stansiyalarının tikintisinə xərcləyəcək…

Avropada hər il keçirilən telemarafonda ermənilər 1milyon 242 460 avro dilənib.

Moderator24.com xəbər verir ki, bu haqda Xankəndindəki ingilisdilli separatçı nəşrlər ümumerməni “Haystan” fonduna istinadla məlumat yayıb. Fransanın Marsel şəhərində start götürmüş telemarofonda separatçı rejimin oyuncaq lideri Bako Saakyan da iştirak edib. Marselin ardınca Paris, Tuluza və digər şəhərlərin erməni icmaları da vəsait toplanmasına qoşulub. Telemarafona Almaniya, Yunanıstan və İsveçrə erməniləri də dəstək verib. Bu minvalla toplanan vəsaitin əksər hissəsi Fransadan yığılıb 1milyon 137 min 746 avro. İkinci yerdə Almaniya- 73 845 avro, üçüncü yerdə İsveçrə- 19717 avro, dördüncü yerdə isə Yunanıstandır -11 min 150 avro.

Ermənilər telemarafondan toplanmış vəsaiti Ermənistanın Tavuş rayonunda kənd təsərrüfatının inkişafı layihələrinə, və Suriyanın Hələb şəhərindəki ermənilərin zəruri ehtiyaclarına sərf ediləcək.
Sultan Laçın

Buna da bax...

Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə andı – VİDEO

Şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi, müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz …