Baş səhifə / Cəmiyyət / Aktyorun döydüyü direktorla bağlı rəsmi – Açıqlama

Aktyorun döydüyü direktorla bağlı rəsmi – Açıqlama

“Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı məktəb direktoru Tural Mirzəliyevi döyüb.

Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. Bu barədə gənc müəllim Həbib Əlizadə sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, bu gün məhkəmə iclasından sonra tərəflər arasında yenidən mübahisə düşüb. R. Rzayev direktoru döyərək ona ağır bədən xəsarətləri yetirib.

O, T. Mirzəliyevin 3 saylı Sabunçu xəstəxanasına yerləşdirildiyini, R.Rzayevin isə polis tərəfindən saxlanılmadığını sözlərinə əlavə edib:

“Rza Rzayev guya özünün də xəsarət aldığını deyərək xəstəxanaya gedib. Bu onu göstərir ki, hər şey planlı olub”,.

Xatırladaq ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi.

Hadisə 175 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni “həll eləməyə” çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. “Drakon” məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi. Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.

***

Tural Mirzəliyevin dostu Vüqar Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda ağır yaralanan direktora sistem köçürülür. O, başından zədələr alıb, vəziyyəti yaxşı deyil.

Həkimin dediyinə görə, Mirzəliyev bir həftə xəstəxanada müalicə almalıdır.

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …