Baş səhifə / Cəmiyyət / Aktyorun döydüyü direktorla bağlı rəsmi – Açıqlama

Aktyorun döydüyü direktorla bağlı rəsmi – Açıqlama

Xəbər verdiyimiz kimi, bu gün aktyor Rza Rzayev Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi Nizami Rayon Məhkəməsinin qarşısında döyərək ona ağır bədən xəsarətləri yetirib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov döyülən direktorla bağlı açıqlama yayıb.

O bildirib ki, məktəb direktoru Tural Mirzəliyev hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirilib:

“Tural Mirzəliyev hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir”.

İstinad

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …