Baş səhifə / Cəmiyyət / Metroda bədbəxt hadisə: maşinist vaqonların arasına yıxıldı

Metroda bədbəxt hadisə: maşinist vaqonların arasına yıxıldı

“Bakı Metropoliteni”nin bənövşəyi xəttinin “Memar Əcəmi-2” stansiyasında maşinist ehtiyatsızlıq səbəbindən vaqonların arasına düşərək xəsarət alıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi açıqlamaya görə, hadisə noyabrın 19-u səhər saatlarında baş verib:

“Hadisə iki gün əvvəl baş verib. Həmin gün metronun Bənövşəyi xətt üzrə “Avtovağzal-Memar Əcəmi-2” stansiyasına hərəkət edən qatarın maşinisti Rəmzi Rüstəmov təhlükə ilə üzləşib.

Belə ki, maşinist “Avtovağzal” istiqamətində platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, yıxılıb. Xoşbəxtlikdən əməkdaşlarımız bunu görüb və dərhal müdaxilə edərək onu xilas ediblər.

R.Rüstəmov xəstəxanaya çatdırılıb. Çox ciddi xəsarət almayıb, sadəcə, qolu sınıb. Hazırda maşinist işə çıxmır və bülletendədir. Əmək Müfəttişliyinə faktla bağlı məlumat verilib, hadisə araşdırıldıqdan sonra yekun qərar veriləcək”.

İstinad

Buna da bax...

Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi – VİDEO

Beş yaşlı Aişə anası mağazaya getdikdən sonra pəncərədən asılı qalıb. Bu an nahar fasiləsindən qayıdan …