Baş səhifə / Cəmiyyət / Rus sərhədçilər erməni kəndlinin traktorunu oğurlatdı – Karapetyan 20 min dollar ziyana düşdü

Rus sərhədçilər erməni kəndlinin traktorunu oğurlatdı – Karapetyan 20 min dollar ziyana düşdü

Ermənistan-Türkiyə sərhədini mühafizə edən Rusiya sərhədçilərinin diqqətsizliyi və səhlənkarlığı səbəbindən Ermənistanın Şirak vilayətinin Haykavan kəndinin 61 yaşlı sakini Qor Karapetyanın traktoru və ot presi bağlayan qurğusu oğurlanıb.

Moderator24.com xəbər verir ki, bu haqda işğalçı ölkə saytları xəbər yayıb.

Q. Karapetyan bildirib ki, sentyabr ayında 3-cü sərhəd zastavasının ərazisində Getaşen icmasına aid olan otlaqda işləyərkən traktoru qırılıb. Kəndli traktorunu zastavadan 1,5-2 km məsafədə saxlayıb sərhədçilərin yanına gəlib. Rus zabitləri traktorun zastava ərazisində xarab şəkildə qalması haqda xəbərdar etdikdən sonra gecə saat 4:20-də evinə gəlib. Ertəsi gün traktorunu təmir məqsədi ilə geri qayıtdıqda Q.Karapetyan traktoru və qurğunu yerində tapmayıb. Sərhədçilər izlərin Türkiyəyə aparmasını deməkdən savayı heç bir məlumat verməyiblər.

Sonradan zastavadan Gümrüdəki komandanlııq vasitəsi ilə Türkiyə tərəfi ilə əlaqə saxlayıblar. Məlum olub ki, izlər həmsərhəd Bəzirgan kəndinədək gedib, oradan o tərəfə isə hara aparıldığı bilinmir. Rus sərhdəçilər axtarışları davam etdirdiklərini bildiriblər.

Hadisədən 50 gün keçəndən sonra erməni kəndli yenidən zastavaya müraciət etsə də, heç bir nəticə olmadığını deyiblər.

Q.Karapetyan bildirib ki, rus sərhədçilərin burunlarının ucundan oğurlanmış traktor və qurğunun qiyməti təxminən 20 min dollardır. Bu zərərlə paralel rus sərhədçilər onun ailəsi üçün qazanc vasitəsinin də əlindən çıxmasına səbəb olublar və bunun üçün heç bir kompensasiya ödəmək fikrində deyillər.

Sultan Laçın

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …