Baş səhifə / Dünya / Paşinyan şoka düşüb-Oğlu əsgərlikdən zəng vurub yemək istəyir

Paşinyan şoka düşüb-Oğlu əsgərlikdən zəng vurub yemək istəyir

Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan orduda əsgərlər üçün verilən qidaların keyfiyyətindən narazılığını bildirib.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, Paşinyan bu barədə dünən keçirdiyi mətbuat konfransında danışıb.

O, silahlı qüvvəllərdə əsgərlərin qida rasionunun düzgün olmadığını və yeməklərin keyfiyyətsiz olduğunu qeyd edərək deyib: “Mən yeməkdən narazıyam. Döyüş mövqelərinə gedəndə xahiş etdim ki, mənə dadmaq üçün əsgər yeməyi gətirsinlər. Qidaları yedikdən sonra sadəcə dedim: bu, dəhşətdir. Biz bu məsələ ilə bağlı ciddi məşğuluq, məşğul da olacağıq. Amma başa düşmək lazımdır ki, məsələni bir gündə həll etmək olmaz”.

Paşinyan, həmçinin etiraf edib ki, əsgərlikdə olan oğlu zəng edərək ona qida məhsulları göndərilməsini istəyib: “Bu, pis siqnaldır”.

Paşinyanın oğlunun ondan yemək istəməsindən şoka düşdüyünü söyləyib.

Buna da bax...

Heydər Əliyevin heç yerdə görmədiyiniz nadir FOTOLARI

AzərTac ulu öndər Heydər Əliyevin xatirəsini “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi- fotokompozisiya” ilə anıb. Moderator24.com …