Baş səhifə / Cəmiyyət / ABŞ Konqresi SEPARATÇI ERMƏNİ LİDERƏ tribuna verdi…-Fotolar

ABŞ Konqresi SEPARATÇI ERMƏNİ LİDERƏ tribuna verdi…-Fotolar

Azərbaycanın məlum notasına rəsmi Vaşinqtondan hələ də cavab yoxdur…

ABŞ-da faktiki olaraq rəsmi qonaq kimi qəbul edilən Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu və oyuncaq qurumun başçısı Bakı Saakyan martın 14-də Konqresdə çıxış edib.

Moderator24.com “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda məlumatı Xankəndindəki rejimin “baş informasiya idarəsi” yayıb. Konqresin xarici əlaqələr komissiyasının üzvləri tərəfindən qəbul edilən separatçı lider Qarabağdakı terrorçu və işğalçı erməni hərəkatının 30 illiyi ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak və çıxış edib. B.Saakyan ABŞ dövlətinin separatçı quruma münasibətindən razı olduğunu bildirib və gələcək əlaqələrlə də bağlı nikbinliyini ifadə edib. Sonra separatçı lider Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış rejimə dəstək verdiklərinə görə ABŞ-ın bir qrup senator və konqresmeninə mükafatlar verib.

P.S. Xatırladaq ki, bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və üstəlik, ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbirə qatılması barədə xəbər rəsmi Bakının kəskin etirazına səbəb olub. Bununla əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ondan izahat tələb olunub. Eyni zamanda Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

Xəbər yayıma hazırlanarkən mediada XİN mətbuat xidmətinə istinadla yayılmış son məlumatlara görə hələlik nə Dövlət Departamenti, nə də ABŞ-ın Azərbaycandakı səfirliyindən rəsmi Bakının notasına hələ də cavab verilməyib.

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …