Baş səhifə / Dünya / “Tramp Xaşukçi cinayətində səudların yanında olacaq” – “New York Times”

“Tramp Xaşukçi cinayətində səudların yanında olacaq” – “New York Times”

ABŞ-ın “New York Times” qəzeti Donald Trampın Xaşukçi cinayətində Səudiyyə Ərəbistanının yanında olacağını iddia edib.

Qəzetdə dərc olunun “Tramp Səudiyyə Ərəbistanının dəyərlərini müdafiə edir” başlıqlı məqalədə Trampın FTB-nin nəticələrini və Amerika dəyərlərini görməzdən gəldiyi qeyd olunub.

“Tramp dünənkı açıqlamasında, Camal Xaşukçinın öldürülməsinin nə qədər yanlış olursa-olsun, səbəbkarı kim olursa-olsun, səudların yanında olacağını söyləmiş oldu. ABŞ prezidenti FTB-nin nəticələrini və Amerika dəyərlərini görməzdən gəlir. Tramp Səudiyyə Ərəbistanında və başqa yerlərdəki “zorba”ları cəsarətləndirərək, dünyanı daha təklükəli hala gətirir”, – qəzet yazır.

Yazıda həmçinin Trampın əlaqələrinin ticarət amaclı olduğu vurğulanıb: “Ədalətin yerini tapması üçün Xaşukçi cinayətinin bütün detalları ortaya çıxmalıdır. Səudiyyə Ərəbistanın vəliəhd Şahzadəsi də daxil olmaqla, heç kimsə etdiklərinin hesabını verməkdən qaçmamalıdır”.

Qeyd edək ki, ABŞ prezidenti şahzadə Məhəmməd Bin Salman ilə bağlı özünə yönəldilən tənqidlərə rəğmən Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqlarının sarsılmaz olduğunu vurğulamışdı.

İstinad

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …