Baş səhifə / Cəmiyyət / Laçın rayonu sakininə çar Rusiyası dövründə verilmiş sənəd üzə çıxdı-Fotolar

Laçın rayonu sakininə çar Rusiyası dövründə verilmiş sənəd üzə çıxdı-Fotolar

Bu cür sənədlər o torpaqların gerçək tarixi və hüquqi sahibinin Azərbaycan türkləri olduğunu təsdiqləyir…

Laçın rayonundan məcburi köçkün, rayonda tanınmış ictimai-siyasi xadim Ramiz Cəbrayılov Moderator.az-ın əməkdaşına 1876-cı ildə Yelizavetpol quberniyasının Zəngəzur uyezdinin Bağırbəyli kəndində (sovet dövründən Laçın rayonu Ağanus kəndi) anadan olmuş babası Məşədi Qəhrəmanbəy Cəbrayılbəy oğluna çar Rusiyası dövründə verilmiş pasportun originalını təqdim edib. Bu cür sənədlər hazırda işğal altındakı digər rayonların da, eləcə də indi “Ermənistan” adlanan ərazinin də tarixi, qədim Azərbaycan torpaqları olduğunu, həmin torpaqlarda müsəlman(sözügedən sənəddə vətəndaşın mənsub olduğu din çar hökuməti tərəfindən “məhəmmədilik” kimi göstərilir), türksoylu insanların yaşadığını bir daha təsdiqləyir…

Hələ 1905-1906-cı, 1918-ci illərdə daşnak ermənilər tərəfindən baba-nənələrinin, körpə atasının başına gətirilənlər, eləcə də doğma rayon və kəndinin dəfələrlə yandırılması və 1992-ci ilin mayındakı son işğalı haqqında, 1988-ci ildən bəri Laçın rayonu və Dağlıq Qarabağ ətrafında baş verən, bilavasitə şahidi olduğu hadisələr barədə maraqlı epizodlar nəql edən Ramiz Cəbrayılovun əməkdaşımızla geniş söhbətini tezliklə saytımızda oxuya bilərsiniz.

Moderator.az saytını izləyin!

Sultan Laçın

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …