Baş səhifə / Cəmiyyət / “Yaşar mənim üçün hələ də yaşayır…”-Xalq artisti

“Yaşar mənim üçün hələ də yaşayır…”-Xalq artisti

Dünən sevilən sənətkarımız, xalq artisti Yaşar Nurinin ölümündən altı il ötdü. Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda dünyaya gəlib. Y.Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

Xalq artisti Firəngiz Mütəllimova Moderator24.com -a açıqlamasında həmkarı və yaxın dostu ilə bağlı fikirlərini bölüşüb:

“Hələ də insan onun yoxluğuna inanmır. Elə Yaşar Nurinin dediyi kimi, “Həyat da bir kinodur və ən maraqlı yerində bitir”. Allah nə yazıbsa, onu da yaşayırıq. Televiziya kanallarımıza təşəkkür edirəm ki, həmişə onu yad edirlər, oynadığı tamaşaları verirlər. Sənətkar onsuz da heç vaxt ölmür, ürəklərdə yaşayır. Yaşar mənim üçün hələ də yaşayır, səsi qulaqlarımdadır”.

Vasif Əlihüseyn

Buna da bax...

Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə andı – VİDEO

Şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi, müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz …