Baş səhifə / Dünya / İran-Ermənistan avtomobil yolu bağlandı-Fotolar

İran-Ermənistan avtomobil yolu bağlandı-Fotolar

Erməni yük maşını sürücüləri İran-Ermənistan yolunu bağlayıb.

Moderator24.com -un erməni saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, sürücülər erməni və İran yük maşınları üçün bərabər şərait yaratmağı tələb ediblər. Bəzi erməni sürücülər jurnalistlərə bildirib ki, Ermənistana daxil olduqda onlara İrandan məhdud miqdarda dizel yanacağının idxalına icazə verildiyi halda, Ermənistan ərazisində iranlılara üçün dizel yanacağı məhdudiyyətsiz və ucuz qiymətə satılır. Onlar erməni sürücülər kimi İranlı sürücülərin də Ermənistana məhdud dizel yanacağı ilə daxil olması və Ermənistan yanacaqdoldurma məntəqələrində yanacaq doldurması tələbini irəli sürüblər.

Məlumata görə, Mxitar Zakaryan ad-soyadlı bir məmur sürücülərlə görüşüb və onların tələblərini Syunik mərzinin rəhbərliyinə çatdırmağa söz verib.

Bundan sonra Ermənistan-İran yolunun açılıb-açılmaması haqda məlumat verilmir.

Sultan Laçın
.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …