Baş səhifə / Cəmiyyət / İşdən çıxarılan nazir müavini: “Mən qovulanlardan deyiləm”

İşdən çıxarılan nazir müavini: “Mən qovulanlardan deyiləm”

Prezident İlham Əliyevin noyabrın 20-də vəzifəsindən azad etdiyi energetika nazirinin müavini Natiq Abbasov “Report“a açıqlama verib.

Keçmiş nazir müavini dövlət başçısının onunla bağlı sərəncamına münasibət bildirib və vəzifəsindən öz istəyi ilə azad edildiyini deyib: “Əsəblərimlə bağlı bir qədər narahatlığım var idi. Ona görə də işdən çıxmaq istədim. Müraciətimə müsbət yanaşdığına görə, prezidentə təşəkkür edirəm. Hər zaman bu dövlətlə, bu siyasətlə həmrəyəm. Bundan sonra harada və necə çalışacağımı zaman göstərər. Bu dövlət məni yetişdirib, hara istəsə, ora da gedəcəyik”.

N.Abbasov nazir Pərviz Şahbazovla münasibətlərinin yaxşı olmaması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Baxmayaraq ki, sərəncam bir neçə gündür verilib, amma indi işdəyəm, sənədlərimi yığıram. Yəni mən küsüb gedənlərdən, qovulanlardan deyiləm. Nazir çox gözəl insandır və onunla heç bir problemim olmayıb”.

Buna da bax...

Heydər Əliyevin heç yerdə görmədiyiniz nadir FOTOLARI

AzərTac ulu öndər Heydər Əliyevin xatirəsini “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi- fotokompozisiya” ilə anıb. Moderator24.com …